Ölkə

Xocalıda yarımçıq qalan toyun bu gün davamı oldu - FOTOlar

1 İyun 2024 21:39
Baxış: 2 675
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

-------
21:39

Xocalıda 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasiminin bu gün davamı baş tutub.

Milli.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Məlum olub ki, 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan Vasif Qafarovun təkrar toyu olub.

Qeyd edək ki, 32 il öncəki məclis Xocalıda sonuncu toy kimi tarixə düşüb.

-------
16:47

Xocalıda 32 il əvvəl atışmaya görə yarımçıq saxlanılan toy mərasimi sabah təkrar keçiriləcək.

Milli.Az xəbər verir ki, bu barədə Bakupost.az-a Xocalı sakini Valeh Hüseynov məlumat verib.

O, sabah bununla əlaqədar Xocalıya gedəcəklərini bildirib: "Mən Xocalıya gedib-qayıdandan sonra dərin stres keçirdim və açıq ürək əməliyyatı olundum. Xocalıya köç başlayıb və bu bizi çox sevindirir. Köhnə evimizin bərpa edilib mənə verilməsi ilə bağlı ölkə başçısına müraciət etmişəm. Sabah axşam isə Xocalıya yola düşürük. 1992-ci il yanvarın 18-də toyu yarımçıq qalan və Xocalıda sonuncu toy kimi tarixə düşən Vasif Qafarovun təkrar toyu olacaq".

Qeyd edək ki, Vasif Qafarov 1965-ci ildə Xocalıda anadan olub. O, 1992-ci ildə Xocalı özünümüdafiə batalyonunda döyüşüb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.