Heydər Əliyev Mərkəzində “Görünməyənin cizgiləri” sərgisi açılıb - VİDEO - FOTOlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Heydər Əliyev Mərkəzində daha bir layihə çərçivəsində möhtəşəm heykəltəraşlıq nümunələri sərgilənməyə başlayıb.
Milli.Az xəbər verir ki, mayın 23-də Mərkəzdə italiyalı heykəltəraş Canfranko Megiatonun fərdi sərgisi açılıb.
Oktyabrın 26-dək davam edəcək "Görünməyənin cizgiləri" adlı sərgidə müəllifin 40-dək əsəri nümayiş olunur.
Açılış mərasimdən əvvəl heykəltəraş Canfranko Megiato jurnalistlərə açıqlamasında əsərlərinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilməsindən məmnunluq hissi keçirdiyini deyib. Heykəltəraş buranın onun üçün sonsuzluq ifadə etdiyini qeyd edib. O, bəzi əsərlərində Mərkəzin binasından da ilhamlandığını bildirib.
"Əsərlərimin məhz bu məkanda sərgilənməsi mənim üçün bir stimul oldu. Həmçinin qeyd etmək istəyirəm ki, ekspozisiyada yer alan əsərlərin 19-u ictimaiyyətə ilk dəfə təqdim olunur", - deyə Canfranko Megiato əlavə edib.
Bakı sərgisi üçün hazırlanmış əsərlər sırasında "Cücərmə" ("Germination"), "Kvant nəfəsi" ("Quantum Breath"), "Mistral" ("Mistral"), "Elm və bilik" ("Science and Knowledge"), "Oyanış" ("Awakening"), "Yaradılış" ("Creation") və digərləri izləyicidə böyük maraq yaradacaq.
Ekspozisiya Mərkəzin park ərazisində, foye və sərgi zalında qurulub. Mərkəzin qarşısında yer alan 6 metr hündürlüyündəki "Cücərmə" ("Germination") adlı əsər isə xüsusi məna daşıyır. Əsər "biz hamımız bir ağacın yarpaqlarıyıq, bir orqanizmin hüceyrələriyik, bir varlığın hissələriyik. Bəşəriyyət ikili yanaşmanı aradan qaldırmaq üçün birlik və qardaşlığın bu konsepsiyalarını qəbul etməyincə nə sülh, nə də mənsub olduğumuz ətraf mühitə hörmət olacaq", - ideyasını çatdırır.
Tədbiri açan Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, Mərkəzdə uzun müddətdir bir çox heykəltəraşların əsərləri təqdim edilib. O, sərgidə yer alan əsərlərin ziyarətçilərdə böyük maraq doğuracağını deyib və sərginin ərsəyə gəlməsində əməyi keçənlərə, xüsusən cənab Megiatoya bu işə həssasla yanaşdığına görə təşəkkürünü bildirib.
Xalq rəssamı Fərhad Xəlilov sərginin Heydər Əliyev Mərkəzinin binası ilə unikal uyğunluq yaratdığını söyləyib. "İtaliya sözü səslənəndə bir çox insanların qəlbində gözəl, isti hisslər yaranır. Hesab edirəm ki, bizim doğma, oxşar hisslərimiz var", - deyə Xalq rəssamı bildirib.
Canfranko Megiato müasir incəsənət sahəsində dünyanın məşhur platforması kimi qəbul edilən Beynəlxalq İncəsənət Sərgisi - Biennalenin vətəni olan Venesiyada 1963-cü ildə dünyaya göz açıb. O, elə burada Dövlət İncəsənət İnstitutunda heykəltəraşlıq üzrə təhsil alıb. Megiato 16 yaşından əsərlərini sərgiləməyə başlayıb. Rəssam həykəllərinə elə quruluş verir ki, həmin əsərlər özünü və zəngin daxili dünyasını dərk etməyə çalışan insanın keşməkeşli yolunu təcəssüm etdirir.
Heykəltəraşın əsərləri vətəni İtaliya ilə yanaşı ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çin, Danimarka, Fransa, Hindistan, İsveçrə, İspaniya, Küveyt, Monako, Niderland, Portuqaliya, Rusiya, Sinqapur, Ukrayna və digər ölkələrdə sərgilənib. Onun heykəltəraşlıq nümunələri müxtəlif ölkələrin əlamətdar məkanlarını bəzəyir. Canfranko Megiatonun əsərlərindən səhnə tərtibatında da istifadə edilir. Vaxtı ilə İtaliyanın Skolasium arxeoloji parkında səhnələşdirilmiş Bizenin "Karmen" operasındakı dekorasiyalar Canfranko Megiatonun müəllifi olduğu heykəllərdən qurulmuşdu. Rəssam heykəltəraşlıq instalyasiyalarında möhtəşəm ifaedici gücə və estetik dəyərə malik olan qədimlik və müasirliyin mahircəsinə birləşdirilməsinə görə ICOMOS/UNESCO mükafatına layiq görülüb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
XƏBƏR LENTİ
-
Vuqar İbrahimov vəfat etdi
-
Sabah bu ərazilərdə su olmayacaq
-
Ayın 16-da intensiv yağış yağacaq - Proqnoz
-
Ardanın yeni maaşı məlum oldu
-
ANAMA sədrinin müavini məhkəməyə verilir - Generalın qızından iddia
-
Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
-
Türkiyə sahillərində zəlzələ oldu
-
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
-
Kamaləddin Qafarov: Azərbaycan-Böyük Britaniya tərəfdaşlığı qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənir
-
Sabahdan bu binalara istilik verilməyəcək
-
Bakıda hava kəskin dəyişir: Temperatur 8 dərəcə enəcək - Tarixlər
-
Azərbaycan Fələstini təbrik etdi
-
Azərbaycan gimnastları Çində keçirilən turnirdə bürünc medal əldə ediblər
-
Səudiyyə Ərəbistanında iki pilotsuz uçuş aparatı vurulub
-
Hörmüz boğazında iki neft tankerində yanğın baş verib
-
Kamçatkada 5 zəlzələ baş verdi
-
Rəşad Məcidə ağır itki
-
İranda ağır qəza: 11 nəfər öldü, 19 nəfər yaralandı
-
Arılar 35 dərəcə şaxtada belə sağ qalırlar
-
Payızda dəriyə necə qulluq edilməlidir?
-
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
-
İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...
-
Zülalla ən zəngin çərəz
-
Yuxusuz gecədən sonra bunu edin





