Ölkə

Gəncədə torpaq sürüşməsi baş verdi

22 May 2024 18:41
Baxış: 601
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gəncədə, çayın kənarında yerləşən yolda təhlükəli vəziyyət yaranıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Gəncə sakinləri bununla bağlı şikayətlərini sosial şəbəkədə paylaşıblar.

Qeyd olunur ki, 3 saylı xəstəxananın yaxınlığındakı avtomobil yolunun asfalt örtüyündə çatlar və qırılmalar əmələ gəlib. 

Sakinlərin sözlərinə görə, bu, ətrafdakı evlər üçün də təhlükə yaradır. Onlar torpaq sürüşməsinin baş verməsindən narahat olduqlarını bildiriblər. 

Vətəndaşlar deyirlər ki, məsələ ilə bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsələr də, heç bir tədbir görülmür. Onlar təhlükənin qarşısının alınmasını və çayın kənarında sahilbərkitmə işlərinin həyata keçirilməsini istəyirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.