Ölkə

Bakı və İrəvanın bu razılaşmasını alqışlayırıq - Belçika

14 May 2024 00:35
Baxış: 747
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belçika mayın 10-11-də Azərbaycan və Ermənistan arasında danışıqların yeni raundunu alqışlayıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə krallığın Xarici İşlər, Xarici Ticarət və İnkişaf üzrə Əməkdaşlıq üzrə Federal Dövlət Xidmətinin bəyanatında bildirilib.

"Belçika mayın 10-11-də Ermənistan və Azərbaycan arasında danışıqların yeni raundunu, 1991-ci il Alma-Ata Bəyannaməsindən sərhədlərin delimitasiyası üçün əsas kimi istifadə edilməsinə dair son razılaşma, habelə sülh sazişi üçün müzakirələri davam etdirmək səylərini alqışlayır", - xarici siyasət idarəsi qeyd edib.

Xatırladaq ki, mayın 10-11-də Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında birbaşa danışıqların yekununda tərəflər hələ də fikir ayrılıqları mövcud olan açıq məsələlər üzrə danışıqları davam etdirmək barədə razılığa gəliblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.