Ölkə

Şəhidin qardaşı faciəli şəkildə vəfat etdi - toyu olacaqdı - FOTO

7 May 2024 13:43
Baxış: 1 794
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mingəçevir sakinini elektrik cərəyanı vuraraq öldürüb.

Milli.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, hadisə Bakıda qeydə alınıb.

Belə ki, paytaxtda mühafizəçi vəzifəsində çalışan 24 yaşlı Elvin Qurban oğlu Tağızadəni ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun cənazəsi hazırda Mingəçevir şəhərinə aparılır.

Qeyd edək ki, E.Tağızadə ötən ilin sentyabrında antiterror əməliyyatları zamanı şəhid olmuş Cahangir Tağızadənin qardaşıdır. O, nişanlı imiş və şəhid qardaşının il mərasimindən sonra toyunun olacağı gözlənilirdi. Ailənin Elvin və Cahangirdən başqa övladı olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.