Ölkə

Şagirdin öldüyü məktəb direktoru detalları AÇIQLADI

7 May 2024 12:40
Baxış: 1 745
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xəbər verdiyimiz kimi, Tərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib. Hadisə Tərtər şəhər 2 saylı məktəbin qarşısında olub.

Milli.Az baku TV-yə istinadən bildirir ki, hadisənin baş verdiyi məktəbin direktoru detalları danışıb. O bildirib ki, hadisə dünən baş verib:

"Şagird Əliyev Aslan 2 dərs məktəbdə olub, daha sonra tənəffüsə çıxıb və məktəbə qayıtmayıb. Sonra xəbər gəldi ki, vəfat edib. Vəfatın səbəbi məlum deyil, araşdırılır".

Direktor bildirib ki, insidentdəki digər şagirdlə bağlı məlumatı yoxdur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.