Ölkə

Bakıda 4-cü DİM Dialoqu keçirilib - YENİLƏNİB - FOTO

7 May 2024 18:42
Baxış: 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu keçirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, tədbirdə Baş nazirin müavini Əli Əhmədovun və mərkəzi icra hakimiyyətlərin orqanlarının rəhbərlərinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Baş nazirin müavini Əli Əhmədov qeyd edib ki, Azərbaycan özünün milli inkişaf proqramını BMT-nin Dayanıqlı İnkişaf Proqramı ilə əlaqələndirə bilib.

"Azərbaycanda sosial və iqtisadi sahədə əldə olunan nəticələr və Azərbaycanın DİM-in reallaşdırılmasına verdiyi töhfə onunla da əlaqədar edilə bilər ki, Azərbaycan özünün milli inkişaf proqramını BMT-nin Dayanıqlı İnkişaf Proqrmı ilə əlaqələndirə bilib. Biz bu inteqrasiyanın nəticələrini də aydın görürük"

Daha sonra digər Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış ediblər.

Tədbir panel müzakirələrlə davam edib.

Tədbirin yekununda 4-cü Dayanıqlı İnkişaf Məqsədlərinin öhdəlikləri qəbul olunub.

-------

10:27

Bakıda "Azərbaycanın 4-cü Könüllü Milli Hesabatına dair maraqlı tərəflərlə məsləhətləşmələr və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyiş" mövzusunda 4-cü DİM Dialoqu keçirilir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Baş nazirin müavini Əli Əhmədovun və mərkəzi icra hakimiyyətlərin orqanlarının rəhbərlərinin, beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəlikləri iştirak edirlər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.