Ölkə

Regionda proseslərin məcrası dəyişir - Sülh müqaviləsinə kimlər mane olurdu? - VİDEOMÜSAHİBƏ

6 May 2024 20:25
Baxış: 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanla Ermənistan arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında nəzərdə tutulan işlərin böyük əksəriyyəti həyata keçirilib, sərhəd dirəkləri quraşdırılıb. Bu, onu deməyə əsas verir ki, iki ölkə arasında birbaşa aparılan danışıqlar daha səmərəli nəticələr verir.

Milli.Az bildirir ki, məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Mahir Abbaszadə bildirib ki, artıq Ermənistan tərəfi anlamaqdadır ki, regionda Azərbaycanla sülh şəraitində yaşamaqdan, Azərbaycanla sülh müqaviləsi imzalamaqdan, Azərbaycanla qarşılıqlı münasibətləri inkişaf etdirməkdən başqa bir yol yoxdur.

"Artıq hiss edilir ki, Ermənistanla Azərbaycan arasında münasibətlərdə vasitəçilərə ehtiyac yoxdur. Birbaşa təmasların yaranması imkan verir ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında ciddi addımlar atılsın", - deyə o əlavə edib.

Daha geniş videomüsahibəni təqdim edirik:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.