Ölkə

Bakı metrosunda qorxulu anlar: Gənc oğlan qatar yoluna düşdü - ANBAAN VİDEO

1 May 2024 22:44
Baxış: 1 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb.

Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb.

"Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı saytımıza təsdiq edib.
"Gənc sərnişin stansiya yoluna düşüb. Dərhal yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti çağırılıb. İlkin tibbi yardımdan sonra sərnişin öz yoluna davam edib. Hadisə qatarların hərəkətinə təsir etməyib, yəni yubanma olmayıb", - qurum rəsmisi bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.