Ölkə

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

1 May 2024 21:45
Baxış: 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Prezidenti İlham Əliyev Forumda çıxışında mühüm mesajlar verdi və bizə istiqamət göstərdi. Dövlət başçısı bu ilin noyabrında COP29-la bağlı pavilyonların yaradılacağını bildirdi. Düşünürəm ki, dini liderlər bu imkandan istifadə etməlidirlər.

Milli.Az xəbər verir ki, bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində təşkil edilən "Dinlərarası dialoq vasitəsilə etimadın möhkəmləndirilməsi" mövzusunda plenar sessiyada səsləndirib.

Dinlərarası dialoq vasitəsilə müxtəlif irqlərdən və dinlərdən olan insanların bir araya gəlməsinin, qarşılıqlı etimadın inkişaf etdirilməsinin önəmini vurğulayan BMT rəsmisi bildirib: "Təəssüf ki, din bəziləri üçün önəm daşımır. Biz gələcəyimizi birlikdə formalaşdırmalıyıq. Bu işdə hamı - siyasətçilər, diplomatlar, vətəndaşlar, vətəndaş cəmiyyətləri, dini icmalar eyni hədəfə istiqamətlənməlidirlər".

Dünyada bir sıra münaqişə ocaqlarının olduğunu diqqətə çatdıran A.Moratinos dini məkanların xəritəsinin hazırlanmasını təklif edib. Onun sözlərinə görə, dini liderlər kilsələrə, sinaqoqlara hücum təhlükəsi ilə bağlı proqram tərtib etməlidirlər.

İnsan Qardaşlığına dair sənədin əhəmiyyətini vurğulayan BMT rəsmisi deyib: "Biz hamımız birlikdə işləməliyik. Dinin nə dərəcədə əhəmiyyətli olduğunu nümayiş etdirməliyik".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.