Ölkə

Sabah bu ərazilərdə işıq olmayacaq

26 Aprel 2024 13:11
Baxış: 20 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün Masallı rayonunun 6 kəndində enerji verilişində fasilə yaranacaq.

Bu barədə Milli.Az-a Azərişıq ASC-dən məlumat verilib.

Bildirilib ki, Cənub Regional Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ), Masallı Elektrik Şəbəkəsinin ərazisində yerləşən 110 /35/10 kV-luq "Masallı" yarımstansiyasından qidalanan 35 kV-luq Əminli hava xətti təmir işləri ilə əlaqədar sifarişə əsasən açılacaq.

Bununla əlaqədar olaraq saat 14:00-dan saat 17:00-dək rayon ərazisinin bir sıra hissələrində, Seybətin, Xırmandalı, Əminli, Kürdxanlı, Dəlləkli, Qarğalıq kəndlərində enerji verilişində fasilə yaranacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.