Ölkə

İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var

17 Aprel 2024 20:09
Baxış: 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsmayıllının Kürdmaşı kəndində sürüşmə təhlükəsi var.

Milli.Az APA-ya istinadən bildirir ki, kənddə torpaq və həyətyanı sahələrdə sürüşmə müşahidə olunur, evlərə zərər dəyir. Kənd sakinləri buna səbəb kimi ərazidən keçən su kanallarını görür. Sakinlərin iddiasına görə, hər gün daha da artan uçqunlar torpaq itkisinə də səbəb olur. Uçqun kəndi, demək olar ki, iki hissəyə ayırıb.

Axıntı güclü olan hissələrdə önləyici tədbirlər görülmədiyindən get-gedə torpaq sürüşməsi genişlənir və sakinlər qorxudan evlərini tərk etməli olur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.