Ölkə

Azərbaycan bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə neytrallıq prizmasından yanaşır - Yalçın Rəfiyev

15 Aprel 2024 12:46
Baxış: 464
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bu barədə COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.

"COP29 danışıqlarının əsas mövzuları, o cümlədən, iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır",- deyə o bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.