Azərbaycan konfransa ev sahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşır.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev bu barədə COP29 Sədrliyinin ilk mətbuat konfransı zamanı çıxışında bildirib.
"COP29 danışıqlarının əsas mövzuları, o cümlədən, iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur və danışıqların uğurlu nəticələnməsi istiqamətində mümkün həll yolları üzərində fəal iş aparılır",- deyə o bildirib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun