Ölkə

"Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanacağına ümid edirik"

15 Mart 2024 10:08
Baxış: 409
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

BMT Baş Assambleyası Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüşlərin yenidən bərpası və onlar arasında keçirilən Münxen görüşü və bunun ardınca iki ölkənin XİN rəhbərlərinin görüşünü təqdir edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə BMT Baş Assambleyasının 78-ci prezidenti Dennis Francis XI Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

"Sülh və təhlükəsizliyin əldə olunması və bərpası istiqamətində daha çox addımların atılacağını, proqresə nail olunacağına inanırıq və gözləyirik.

BMT Baş Assambleyası beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində iki ölkə arasında sülh sazişinin imzalanacağına ümid edir",- deyə o qeyd edib.

Qeyd edək ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) tərəfindən təşkil olunan XI Qlobal Bakı Forumu keçirilir.

Tədbirdə 400-ə yaxın dünyaca məşhur peşəkar, eləcə də keçmiş və hazırki dünya liderləri, nazirlər və Nobel mükafatı laureatları iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.