Ölkə

Elşad Məmmədova yüksək VƏZİFƏ VERİLDİ - FOTO

8 Mart 2024 11:47
Baxış: 1 298
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov Azərbaycan Texniki Universitetində yeni yaradılan "İnnovativ İqtisadi Araşdırmalar Mərkəzi"nə rəhbər təyin edilib.

Milli.Az xəbər verir ki, yeni yaradılan mərkəzlə bağlı Valyuta.az-a açıqlama verən Elṣad Məmmədov bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd bölgədə və dünyada baş verən iqtisadi dəyiṣikliklərin tədqiqi, təhlili və proqnozlaşdırılmasının effektiv və innovativ şəkildə  həyata keçiriməsidir. "Hazırda iqtisad elminin, müvafiq elmi yanaşmaların, analitik materialların keyfiyyətinin  yüksəldilməsi zəruridir. Regionda və dünyada mürəkkəbləşən iqtisadi proseslərin  təhlilində bu analitik mərkəzin mühüm rol oynayacağına ümid edirəm"

Qeyd edək ki, "İnnovativ İqtisadi Araşdırmalar Mərkəzi" Elm və Təhsil Nazirliyi və Texniki Universitet tərəfindən təsis edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.