Ölkə

“3000 manat maaş alan müəllimlərimiz var”

6 Mart 2024 11:08
Baxış: 714
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində sertifikasiya prosesi həyata keçirilir. Bu, stimullaşdırıcı tədbirdir". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin iclasında bildirib.

"Bu, bir tərəfdən təhsilverənlərin öz üzərilərində çalışması, bilik, bacarıq və səriştələrinin artırılması baxımından önəmlidir. Digər tərəfdən isə onların maaşlarının artırılmasına təsir göstərir. Kim daha çox bal toplayırsa, onların əməkhaqqına əlavələr olur. Bu da müəllimlərimizin 2026-cı ildən təqribən minimum əmək haqqının 1000 manatdan yuxarı başlayacağına dəlalət edir. Bu gün 1500, 2500 və 3000 manat maaş alan təhsilverənlərimiz var. Burada söhbət ümumtəhsil müəssisələrindən gedir. Eyni məsələ məktəbəqədər, məktəbdənkənar və ali təhsil müəssisələrinə də şamil edilir" , - deyə komitə sədri vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.