Ölkə

7 yaşlı uşağı öldürən şəxsə bu qədər cəza istənildi

15 Fevral 2024 16:47
Baxış: 1 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda yeddi yaşlı uşağı öldürməkdə təqsirləndirilən idman müəllimi Mehman Xəlilovun cinayət işi üzrə məhkəməsində dövlət ittihamçısı çıxış edib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu gün Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Fəhmin Hümbətovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Samir Məmmədov Mehman Xəlilova 20 il həbs cəzası istəyib.

Qeyd edək ki, Mehman Xəlilov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsilə təqsirli bilinir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.