Ölkə

Məzahir Pənahov: "Bu gün Azərbaycanda tarixi gündür"

7 Fevral 2024 08:11
Baxış: 497
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bu gün Azərbaycanda tarixi gündür. Saat 08:00 saat etibarilə səsvermə prosesi başlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycanda prezident seçkiləri ilə əlaqədar səsvermənin başlanmasını elan edərkən deyib.

Prezidenlik uğrunda 7 namizəd mübarizə aparır. Bu gün axşam saat 7-dək hər kəs gəlib öz səsvermə hüququndan istifadə edə bilər.

"Rəsmi şəkildə elan edirik ki, məntəqələr artıq açıqdır və hər kəsi məntəqələrə dəvət edirik", - M.Pənahov deyib.

O qeyd edib ki, ümumilikdə, bu seçkilərin tarixi əhəmiyyəti çox böyükdür.

"Belə ki, 44 günlür müharibə və antiterror tədbirləri nəticəsində Azərbaycan ərazi bütövlüyünü təmin etdi. MSK həmin ərazilərdə 26 məntəqə yaratdı. Beləliklə, biz bu gün ilk dəfə bütöv Azərbaycanda seçkiləri keçiririk".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.