Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələri açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda keçirilən sosioloji sorğunun əsas məqsədi prezident seçkiləri ərəfəsində əhalinin səsverməyə hazırlığı və onların ölkənin siyasi həyatında iştirak səviyyəsinin, seçkilərlə bağlı ictimai rəyin öyrənilməsidir.
Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Oracle Advisory Group" təşkilatının nümayəndəsi George Birnbaun bu gün Şuşada keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, sorğu vərəqindəki suallar "Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsi", "Ölkənin hazırkı vəziyyətinə münasibət", "Əhalinin siyasi fəallıq səviyyəsi", "Ermənistan-Azərbaycan münaqişəsi", "Vətən müharibəsinə dəstək" kimi qruplaşdırılıb.
George Birnbaun deyib: "Əvvəllər Azərbaycanda keçirilən prezident seçkilərində iştirak etmisiniz?" sualına 34,9 faiz "Demək olar ki, hər zaman" variantını seçib. Daha 28,4 faizi "Hər zaman", 11,1 faizi isə "Çox vaxt" cavabı verib. Bu isə əhalinin seçkilərdə fəallığının göstəricisidir.
Əhalinin prezident seçkiləri ilə bağlı məlumatlılıq səviyyəsinin öyrənilməsi məqsədilə ünvanlanmış "Hazırda ölkəmizin üzləşdiyi ən vacib problem hansıdır?" sualına 2,3 faiz iqtisadi vəziyyəti, 34,9 faiz məşğulluğu, 27,1 faiz əmək haqqını, 0,4 faiz Azərbaycanın beynəlxalq arenada rolunu, 0,1 faiz cinayətkarlığı, 14,1 faiz korrupsiyanı, 6,7 faiz təhsili, 0,2 faiz ekologiyanı, 13,1 faiz səhiyyəni, 1,1 faiz isə məişət zorakılığını qeyd edib.
Seçicilər arasında ölkənin "düzgün istiqamətdə" inkişaf etdiyi və Prezidentin uğurlu fəaliyyəti barədə əminlik hissi var.
"Azərbaycanın getdiyi yolun ümumi istiqamətini necə qiymətləndirirsiniz?" sualına seçicilərin 81,2 faizi "düzgün istiqamət", 12,3 faizi isə "yanlış istiqamət" cavabını veriblər.
"Hazırkı Prezident İlham Əliyevin gördüyü işləri necə qiymətləndirərdiniz?" sualına 96 faiz seçici "əla", 2,5 faiz "yaxşı", 0,8 faiz "qənaətbəxş" cavabını veriblər.
Bundan əlavə, seçicilər Azərbaycanı yaşamaq üçün təhlükəsiz ölkə olduğunu hesab edirlər. Belə ki, "Azərbaycanın digər qeyri-sabit ölkələrdən fərqli olaraq, regionda ən sabit ölkə olması ilə razısınızmı" sualına, sorğuda iştirak edənlərin 85,4 faiz "bəli" cavabını veriblər.
"Prezident seçkiləri bu günə təyin edilsəydi və namizədlər aşağıdakı şəxslər olsaydı, kimə səs verərdiniz?" sualına verilən cavablar göstərir ki, respondentlərin böyük əksəriyyəti hazırkı ölkə rəhbərinin fəaliyyətindən razıdır. Belə ki, respondentlərin 97 faizi İlham Əliyevin, 1,2 faiz Zahid Orucun, 0,7 faizi Fazil Mustafanın, 0,5 faiz Razi Nurullayevin, 0,3 faizi Qüdrət Həsənquliyevin, 0,2 faiz Fuad Əliyevin, 0,1 faiz isə Elşad Musayevin adını çəkib.
Nəhayət, Qarabağdakı qələbə ictimaiyyət tərəfindən Azərbaycanın böyük uğuru kimi qiymətləndirilir. Respondentlərin 98,50 faizi "Siz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün həyata keçirilən genişmiqyaslı hərbi əməliyyatları dəstəklədinizmi?" sualına müsbət cavab veriblər. Bu rəqəm yüksək milli ruhu nümayiş etdirir.
"Sizcə, Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkənin beynəlxalq aləmdə nüfuzuna necə təsir edib?" sualına respondentlərin əksəriyyəti - 72,5 faizi "müsbət", 2,6 faizi "mənfi", 24,9 faizi "neytral" variantını seçib.
Bütün cavablar əhalinin mövcud hökumətin fəaliyyətinə münasibətinin açıq ifadəsidir. Belə ki, verilən cavablar əhalinin hazırkı iqtidarın hakimiyyətinə olan inamını və dəstəyini əks etdirir.
Bu bloka daxil olan və Prezident İlham Əliyevə münasibətlə bağlı suala verilən cavablar seçicilərin siyasi meyli və səsvermənin nəticələri haqqında yekun fikir formalaşdırmağa imkan yaradır.
Beləliklə, bilavasitə Prezident İlham Əliyevin fəaliyyətinə münasibətlə bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş seçki öncəsi sorğunun nəticələrinə əsasən deyə bilərik ki, əhali İlham Əliyevin hakimiyyətinə inanır və onun siyasi xəttini dəstəkləyir.
ABŞ-nin "Oracle Advısory Group" təşkilatı və "Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası" bu qənaətə gəlir ki, əhali fevralın 7-nə təyin edilmiş prezident seçkiləri ilə bağlı məlumatlıdır. Bu, dövlətin həyata keçirdiyi maarifləndirmə və məlumatlandırma işinin yüksək səviyyəsində aparılmasından xəbər verir".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
amran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
XƏBƏR LENTİ
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
amran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza təcavüz: Kamerada hadisə gününün görüntüləri - (Video)
-
Azərbaycan və Belarus hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib - (Foto)
-
“Gəzə bilmirəm...” - Abid Şərifov
-
“Ən yaxşı Messidir, ikinci bir fikir ola bilməz” - Yamal
-
Aleksandr Pleşa vəfat etdi
-
Xaricdə oxuyanlar üçün peşə tanınması imtahanı keçirildi
-
Bakıda yağış nə vaxta kimi davam edəcək?
-
Kallas Suriyaya getdi





