Dünəndən Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi ilə vəsaitlərin ödənməsi ilə bağlı danışıqlar aparılır. Məndə olan məlumata görə, hər iki qurum tərəfindın artıq işlər yekunlaşıb.
Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində istismara yararsız vəziyyətdə olan avtomobillərin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran məsələlərlə bağlı keçirilən dəyirmi masada "Təmiz Şəhər" ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib. O bildirib ki, artıq proqram təminatına uyğun işə başlanılıb:
"Vətəndaşlar bizə müraciət edə, həmçinin özləri də prosesi izləyə biləcəklər. Artıq sentyabr ayının 1-dən etibarən proqram təminatı işə salınacaq".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun