Güclü qar nəticəsində işıqsız qalan Cəlilabad şəhərinin bir hissəsi və rayonun 90 kəndində elektrik enerjisinin verilişi tam bərpa olunub.
Milli.Az report.az-a istinadən xənbər verir ki, yanvarın 23-dən Cəlilabad rayonuna aramsız yağan güclü qar bir sıra fəsadlara səbəb olub.
Belə ki, 70-ə yaxın işıq dirəyi aşıb, minə yaxın yerdən xətt qırılmaları olub, 50 ədəd transformatorda qoruyucular yanıb.
Fəsadların aradan qaldırılması üçün "Azərişıq" ASC-dən və regionlardan işlərin yerinə yetirilməsi üçün 7 ədəd kran, 10 ədəd yolsuzluq maşını, 5 ədəd xüsusi avadanlıqlarla təchiz olunmuş avtomobil, 50 nəfərdən ibarət qəza briqadası rayona ezam olunub.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun