Ölkə

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 nəfərin yeri müəyyənləşdi

23 Yanvar 2024 16:05
Baxış: 708
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İnterpolun Milli Mərkəzi Bürosu vasitəsilə beynəlxalq axtarışa verilmiş 108 şəxsin yeri müəyyən olunub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində nazir, general-polkovnik Vilayət Eyvazovun da iştirak etdiyi 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, İnterpola üzv ölkələr tərəfindən axtarılan 53 nəfərin də yeri müəyyənləşdirilib.

Bundan başqa, təqsirləndirilən şəxslərin axtarışının nəticələri də 2,3 faiz yaxşılaşaraq 87,8 faiz təşkil edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.