Ölkə

Moskvadakı səfirliyimizdə 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş tədbir keçirildi - FOTOlar

20 Yanvar 2024 19:57
Baxış: 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu Səfirliyin əməkdaşları ilə birlikdə 1990-cı il faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş səfirliyin girişindəki banner önünə gül dəstələri qoyub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, daha sonra cənab səfir 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələn ümummilli lider Heydər Əliyevin barelyefi önünə qırmızı qızılgül dəstəsi qoyub.

O, mətbuat konfransı keçirərək, baş vermiş vəhşiliyi kəskin şəkildə pisləyib, fitnəkarlara siyasi-hüquqi qiymət verilməsini və cəzalandırılmasını tələb etmişdir.

Ümummilli lider Heydər Əliyev baş vermişlərin dinc əhaliyə qarşı terror adlandıraraq Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirmişdir.

Azərbaycanın səfiri Rusiyada akkreditə olunmuş diplomatik korpusun səfirləri və yüksək vəzifəli diplomatları, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, o cümlədən Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin nümayəndələri ilə birlikdə binanın daxilində quraşdırılmış banner önünə gül dəstələri qoyublar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.