Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbül oğlu Səfirliyin əməkdaşları ilə birlikdə 1990-cı il faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş səfirliyin girişindəki banner önünə gül dəstələri qoyub.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, daha sonra cənab səfir 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinin binasına gələn ümummilli lider Heydər Əliyevin barelyefi önünə qırmızı qızılgül dəstəsi qoyub.
O, mətbuat konfransı keçirərək, baş vermiş vəhşiliyi kəskin şəkildə pisləyib, fitnəkarlara siyasi-hüquqi qiymət verilməsini və cəzalandırılmasını tələb etmişdir.
Ümummilli lider Heydər Əliyev baş vermişlərin dinc əhaliyə qarşı terror adlandıraraq Azərbaycan xalqı ilə həmrəyliyini nümayiş etdirmişdir.
Azərbaycanın səfiri Rusiyada akkreditə olunmuş diplomatik korpusun səfirləri və yüksək vəzifəli diplomatları, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin əməkdaşları, o cümlədən Azərbaycan diasporunun və Rusiya ictimaiyyətinin nümayəndələri ilə birlikdə binanın daxilində quraşdırılmış banner önünə gül dəstələri qoyublar.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun