Ölkə

Bir peyvəndlə bu xəstəliklərdən qorunmaq mümkün olacaq - TƏBİB

8 Yanvar 2024 18:50
Baxış: 724
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk istifadə etdiyimiz peyvəndlər virusun alfa ştammına qarşı istifadə edilmişdi. Təbii ki, heç nə yerində dayanmır, peyvənd istehsal edən şirkətlər bunun üzərində çalışırlar.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu TƏBİB-in Tibbi xidmətlərin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva deyib.

O qeyd edib ki, ABŞ-də xüsusilə 2023-2024 il mövsümü üçün son variantlar nəzərə alınaraq COVID peyvəndi hazırlanıb.

"Azərbaycanda istifadə olunan peyvənd alfa ştammına qarşıdır. Ancaq virus eyni virusdur, sadəcə onun zülallarında müəyyən dəyişikliklər olur və buna mutasiya deyirik. Bu, orqanizmin immun sistemi üçün yeni deyil, əgər peyvənd vurulubsa, artıq immun sistemi onu tanıyır. Qrip peyvəndində də belədir.

Hər il yeni qrip peyvəndi istifadə edilir, artıq onun istehsalı çox inkişaf etdiyi üçün belə bir praktika var. Peyvəndlərin də üzərində ilboyu epidemioloji nəzarət aparılır, dünyanın müxtəlif ölkələrindən nümunələr götürülərək məlumat toplanılır ki, gələcək mövsümdə hansı ştammlar daha çox yayıla bilər. Həmin məlumatlar əsasında yeni peyvəndlər hazırlanır. Bu, qrip virusunda belə idi, artıq COVID-də də var. Qriplə COVID-in yeni ştammı bir peyvənddə olması üzərində iş gedir və gələcəkdə bir peyvənd vurduraraq hər iki virusdan qorunmaq mümkün olacaq", - deyə Y. Qarayeva əlavə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.