Ölkə

İşdən çıxan şəxsə maaş köçürülürsə, o pulu xərcləyə bilər?

5 Yanvar 2024 06:14
Baxış: 733
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Vətəndaşlardan birinin başına qəribə iş gəlib. O, 3 ay əvvəl öz ərizəsi ilə işdən çıxsa da ötən müddətdə hər ay onun kartına maaş yüklənir. Artıq maaş kartındakı vəsait 3 min manatı keçib. Lakin o nə edəcəyini bilmir.

Qeyd edək ki, bu cür hallar ilk dəfədir baş vermir. Əsas maraqlı məqam isə belə vəziyyətlə üzləşən vətəndaşların çox vaxt nə edəcəklərini bilməməlidir.

Belə hallarda nə etməli?

Məsələ ilə bağlı hüquqşünas Əkrəm Həsənovun fikirlərini öyrəndik. O, açıqlamasında bildirib ki, burada iki variant ola bilər:

"Ola bilsin ki, həmin şəxsin məzuniyyət və digər xərcləri yığılıb qalıb. Ona görə də vətəndaşın kartına əlavə vəsait yatırılıb. İkinci variantsa odur ki, şirkətin mühasibatlığı qarşıq salıb. İşçinin işdən azad olmasının qeydiyyatını aparmayıb".

Əkrəm Həsənov qeyd edib ki, belə vəziyyətdə vətəndaş hər hansı məsuliyyət daşımır:

"Yaxşı olar ki, karta yatırılan vəsaitə toxunulmasın. Sabah şirkət bunu biləcək və həmin vəsaiti geri tələb edəcək. Vətəndaş da həmin vəsaiti geri qaytarmağa borcludur. Ona görə də həmin şəxs vaxt itirmədən köhnə iş yerinə məlumat verib, vəziyyəti aydınlaşdırmalıdır".//Bizim.Media

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.