Ölkə

Bakının bu əraziləri qaranlığa qərq oldu

1 Yanvar 2024 13:24
Baxış: 813
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə vətəndaşın atdığı fişəng nəticəsində "Azərişıq" ASC-yə məxsus yarımstasniyanın transformatorunun qoruyucusu və 5 müxtəlif ərazini elektrik enerjisi ilə təchiz edən 35kV-luq əsas xətt, həmçinin 6 Kv-luq yeraltı kabellər zədələnib.

Nəticədə 31 dekabr saat 23:55-dən etibarən Abşeron rayonu Mehdiabad qəsəbəsinin və Binəqədi rayonunun Gülüstan qəsəbəsinin bir sıra ətraf küçələrində elektrik enerjisi təchizatı dayanıb.

"Azərişıq" ASC-dən bildirilib ki, hadisədən dərhal sonra əraziyə təmir-bərpa briqadası göndərilib:

"Qeyd edilən ərazilərdən 199 saylı çağrı mərkəzinə daxil olan zənglər əsasında əraziyə dərhal təmir-bərpa briqadası göndərilib. Gecə boyu və səhər saatlarında görülən işlər nəticəsində artıq 3 xəttin fəaliyyəti bərpa edilib. Yanın saatlarda digər ərazilərdə də elektrik enerjisinin verilişi bərpa ediləcək".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.