Qədim dövrə aid olan arxeoloji tapıntıların yaşları təyin edildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda aparılan yaştəyini tədqiqatlarında yeni nəticələr əldə edilib.
Milli.Az AMEA-nın saytına istinadən xəbər verir ki, institutda fəaliyyət göstərən "Arxeoloji tapıntıların tarixləndirilməsi" qrupunun gənc tədqiqatçısı, kiçik elmi işçi Aybəniz Əhədova "Elektron Paramaqnit Rezonans" və "Termoluminessensiya" metodlarından istifadə edərək qədim dövrə aid olan arxeoloji tapıntıların yaşlarını təyin edib.
Tədqiqatlar zamanı o, Cəlilabad rayonunda aşkar olunmuş Xudutəpə qədim yaşayış məskənindən götürülmüş diş nümunəsinin təxminə, eramızdan əvvəl 6225-ci ilə aid olduğunu təyin edib.
Sözügedən tədqiqatlarda, həmçinin həmin abidədən götürülmüş keramika nümunəsinin bişmə temperaturu da müəyyən olunub.
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Anar Ağalarzadənin rəhbərliyi ilə "Cəlilabad arxeoloji ekspedisiyası" zamanı aşkarlanmış Xudutəpə abidəsi mühüm çoxtəbəqəli yaşayış məskənidir. Belə ki, qazıntılar zamanı həm neolit dövrünün artefaktları, Əliköməktəpə və Leylatəpə tipli saxsı qab nümunələri, həm də Elxanilər dövlətinin 9-cu hökmdarı Əbu Səid Bahadur xanın (1305-1335) adından kəsilmiş mis pulun tapılması abidənin çoxtəbəqəli olduğunu sübut edir.
Qeyd edək ki, Radiasiya Problemləri İnstitutunda aparıcı elmi işçi, dosent Sahib Məmmədovun rəhbərliyi altında arxeoloji tapıntıların tarixləndirilməsi 3 müxtəlif metodla (Radiokarbon, Elektron Paramaqnit Rezonans, Termolüminessensiya) aparılır və tapıntıların dəqiq yaşı təyin olunur.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq
-
İrana hücum üçün hər gün Trampa zəng edir
-
Ceyhun Bayramov Serbiya səfirinə "Dostluq" ordenini təqdim edib
-
Azərbaycanda 9 gün iş olmayacaq
-
“Real Madrid”in sabiq hücumçusu İspaniya klubunu çalışdıracaq
-
Yasən Məmmədov vəfat etdi
-
Zelenski bu gün Danimarkaya səfər edəcək
-
Bankların kredit qərarlarında yeni qayda qüvvəyə mindi
-
Azərbaycan XİN Polşanın Krakov şəhərində baş verən atışma ilə bağlı başsağlığı verib
-
Ayın 11-də intensiv yağış yağacaq - Proqnoz
-
BDYP sürücülərə müraciət etdi
-
Hava ilə bağlı son məlumat
-
Prezident İlham Əliyev Polşa Prezidentinə başsağlığı məktubu ünvanlayıb
-
Bakıda məşhur xəstəxana bağlanır
-
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
-
5 günlük tətil başlayır - Tarixlər açıqlandı
-
Dənizkənarı Milli Park ərazisində batan şəxs xilas edilib - (Video)
-
Qazaxda avtomobil yandı
-
Xankəndi stadionunda keçiriləcək ilk rəsmi oyun bu tarixdə olacaq
-
İşsizlikdən sığorta ilə bağlı yeni qayda təklif edildi
-
Rusiya strateji aviasiyasını niyə Uzaq Şərqə köçürür?





