Bu gün axşam saatlarında Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı elektrik enerjisinin kəsilməsinə görə yolda qalıb.
ADY-dən Milli.Az-a istinadən verilən məlumata görə, elektrik təchizatının verilməsində yaranmış texniki nasazlığa görə Bakı-Pirşağı istiqamətində hərəkət edən qatarların qrafikində yubanma halları qeyd alınıb.
Belə ki, Bakı-Pirşağı istiqamətində saat 18:30-da, 18:45-də və 18:10-da yola düşən sərnişin qatarları Zabrat- Pirşağı mənzilində və Məmmədli platformasında elektrik təchizatı sahəsində yaranmış texniki nasazlığa görə hərəkət qrafikindən çıxıb.
Hazırda sərnişinlərin əks istiqamətdə hərəkət edən qatara mindirilməsi və mənzilbaşına çatdırılması prosesi başlayıb.
Eyni zamanda elektrik enerjisinin verilməsi istiqamətində təmir-bərpa işləri davam etdirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun