Ölkə

Füzuli Bağırov faciəvi şəkildə öldü - FOTO

24 Dekabr 2023 17:01
Baxış: 6 054
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sumqayıtda qəzada ölən moped sürücüsünün kimliyi məlum olub. 

Milli.Az İqtisadiyyat.az-a istinadla bildirir ki, hadisə nəticəsində ölən şəxs 1972-ci il təvəllüdlü Füzuli Nizami oğlu Bağırovdur. 

O, Dünya Avropa mükafatçısı, tanınmış cüdo müəllimi, idman ustası, əməkdar məşqçi imiş. 

Qeyd edək ki, Füzuli Nizami oğlu Bağırov idarə etdiyi mopedlə hərəkətdə olarkən yol kənarındakı dirəyə çırpılıb. 

Sürücü aldığı yaralardan hadisə yerində keçinib. 

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.