Mobil cihazların qeydiyyat rüsumlarının azaldılmasına başlanıldı - Qiymətlər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Mobil cihazların qeydiyyat rüsumlarının azaldılması ilə bağlı "Dövlət rüsumu haqqında" Qanuna edilən dəyişikliyin icrasına başlanılır.
Milli.Az xəbər verir ki, bu barədə "AzInTelecom" MMC məlumat yayıb.
Bildirilib ki qanunun tələblərinə uyğun olaraq, mobil cihazların IMEI nömrələrinin qeydiyyatına görə ödənilən dövlət rüsumlarının məbləğləri qanunun dərc edildiyi gündən 30 gün sonra, yəni dekabrın 14-dən etibarən azaldılacaq.
Qeyd edilən tarixdən başlayaraq satış və digər sahibkarlıq fəaliyyəti məqsədilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlak üçün ölkəyə gətirilən mobil cihazların qeydiyyata alınmasına görə tutulan dövlət rüsumlarının məbləği aşağıdakı kimi olacaq:
- Bazar qiyməti 100 ABŞ dollarından çox olmayan və foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazlar - 15 manat;
- Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda - 20 manat;
- Bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda - 30 manat;
- Bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda - 40 manat;
Ətraflı
- Bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda - 50 manat;
- Bazar qiyməti 701 ABŞ dollarından 1000 ABŞ dollarına qədər olduqda - 70 manat;
- Bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda - 100 manat.
Qeyd edək ki, xaricdən gətirilən mobil cihazlar Azərbaycan telekommunikasiya şəbəkəsində istifadə olunması üçün 30 gün ərzində qeydiyyatdan keçirilməlidir. Prosesi icra edən dövlət orqanı kimi "AzInTelecom" MMC telekommunikasiya şəbəkəsində istifadə olunan mobil cihazların texniki identifikasiya göstəriciləri barədə məlumatların vahid baza sisteminə daxil edilməsi, saxlanılması və emalını təmin edir.
Bundan başqa, "AzInTelecom" MMC tərəfindən mütəmadi olaraq monitorinq edilərək surətinin köçürülməsi şübhəsi olan IMEI kodlar üzrə ətraflı araşdırma aparılır. Nəticə etibarilə surətinin köçürüldüyü aşkarlanan IMEI koda "klon" statusu verilərək istifadəsi məhdudlaşdırılır.
Hazırda istifadənizdə olan mobil telefonların IMEI kodunun surətinin köçürülməsi statusunu yoxlamaq üçün telefonun ekranında *#06# yığaraq cihazın IMEI kodunu öyrənib, daha sonra Vahid Elektron Xidmətlər Portalında "IMEI yoxlama" xidmətindən ödənişsiz istifadə edə bilərsiniz.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Turşunun xırt-xırt olması üçün bankaya 3 ədəd atmaq kifayətdir
-
Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma
-
"Kadir" "Eşref"i tək qoymayacaq
-
Problemli kreditlərin həcmi artır - Səbəb nədir? - (Video)
-
İsmail Kartal: "Bakıda qələbə qazanmaq və ya məğlub olmaq önəmli deyildi"
-
“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım
-
Zelenski: Putin ABŞ-yə yeni şərtlər qəbul etdirməyə çalışır
-
Bəxtiyar Əsgərov işdən çıxarıldı, yoxlamalar başladı
-
Cəbrayılın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Özünüzü müdafiə etmək üçün cəsarətli olun
-
Bakıda kanatla sərnişindaşıma olacaq - (Video)
-
Paltaryuyan maşına 1 ovuc düyü qoyun və fərqi görün
-
Danla Bilic yenidən əməliyyat olundu - (Foto)
-
Tovuzda qadın evdə yanaraq ölüb, oğlu saxlanılıb - (Video)
-
Filosof İoanna Kuçuradi vəfat edib
-
Fatih Terimin ayaqqabısı dəfndə parçalandı - (Video)
-
Bruno Fernandeş Ronaldu barədə sükutu pozdu
-
Zelenski: Rusiyanın neft emalı zavodlarına zərbələri ikiqat artıracağıq
-
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
-
“Fənərbaxça” “Turan Tovuz”u məğlub etdi - Yenilənib - (Video)
-
Bakıda 32 yaşlı kişi diş həkiminə görə arvadını bıçaqladı
-
"Turan Tovuz" - "Fənərbaxça" oyununda dava düşdü, matç yarımçıq qaldı - (Video)
-
Bakıda aşan avtobusda xəsarət alanların vəziyyəti açıqlandı - Yenilənib - (Video)
-
Gəncədə yanıq xəsarətləri alan bacı-qardaşın vəziyyəti məlum olub - Yenilənib





