Ölkə

Toy günündə şəhid qardaşının məzarını ziyarət etdi - FOTO

1 Dekabr 2023 21:37
Baxış: 1 073
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Vətən müharibəsi iştirakçısı Orxan Mirzəyev toy günü qardaşı şəhid Elmin Mirzəyevin qəbrini ziyarət edib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında yazıb.

O bildirib ki, Orxan Mirzəyev "Qubadlının azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub:

"Şəhid Elmin Mirzəyev 2 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" "Cəbrayılın azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" "İgidliyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Ailəli idi, iki övladı var".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.