“Nikosayağı” bəraət ala bilər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Baş verən hadisə ağır cinayətlər kateqoriyasındandır. Şəxsə, əsasən, azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur".
Milli.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında hüquqşünas Əliməmməd Nuriyev sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirlinin ağır qəza törətdikdən sonra hansı cinayət məsuliyyətinə cəlb olunacağı ilə bağlı danışarkən deyib.
Hüquqşünas ekspertiza rəyinin vacibliyini qeyd edib:
"Hadisə ilə bağlı zəruri olaraq istintaq tədbirləri davam edir. İstintaq tədbirləri başa çatandan sonra iş məhkəməyə göndəriləcək. Çox güman ki, ekspertizalarla bağlı yubanma var. Ekspertizaların təyin olunması vaxt alan bir məsələdir. Ola bilər ki, işə yenidən baxılsın. Təkrar ekspertizalar təyin edilsin. Əvvəlcədən fikir söyləmək də düzgün olmaz".
Ə.Nuriyev istintaq müddəti ilə bağlı gecikmələrin olmadığını dilə gətirib:
"Hər bir cinayət işinin istintaq müddəti də qanunvericilik tərəfindən təyin edilir. Orada müddətlərlə bağlı gecikmələr olmur. İstintaq müddəti aşılmayıb. Hadisədə ölüm halı var. Bütün bunlarla bağlı ekspertiza rəyi vacibdir. Hadisənin baş verməsində adıçəkilən şəxs ağır vəziyyətdə idi. Xəstəxanada olduğu müddətdə ifadə verə bilməzdi. İfadələrin alınması da vaxt aparıb. Hadisədən dörd aya yaxın vaxt keçib. Bu səbəblərə görə istintaq hələ yubana bilər. Cinayət Məcəlləsinin 263.1 və 263.2 maddələrinin əlamətləri görünür.
Şəxsin içkili olub-olmaması da sual altındadır. 263.1 maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə var. Əlavə olaraq, şəxs sürücülük hüququndan da məhrum edilməlidir. Günahkarın kim olduğunu istintaq müəyyənləşdirə bilər. Məhkəmə də qərar verəcəkdir".
Əliməmməd Nuriyev əlavə edib ki, ölən şəxsin yaxınlarının şikayətçi olmaması da şəxsə cəza təyin edilərkən nəzərə alınan mühüm amildir:
"Şəxsə bəraət də verilə bilər. Ölən şəxsin ailəsinin şikayətçi olmaması cəza təyin edilərkən nəzərə alınan mühüm faktordur. Cəza daha yüngül ola bilər. İstintaq müddətində şəxs ölkədən çıxa bilməz. Yəqin ki, şəxsin başqa yerə getməməsi təyin olunub. Onu ya həbs, ya digər cəza gözləyir. Həbsin yox, digər cəzanın seçiləcəyi görünür".
Xatırladaq ki, sosial şəbəkələrdə "Nikosayağı" adı ilə tanınan bloqer Nicat Şakirli avqustun 15-də Bakıda qəzaya düşüb. Hadisə Heydər Əliyev prospektində qeydə alınıb. N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobili ilə TIR-a çırpılıb. Qəza nəticəsində bir nəfər ölüb, ağır bədən xəsarətləri alan bloqer isə xəstəxanaya aparılıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Nicat Şakirli sentyabrın 10-da xəstəxanadan evə buraxılıb. Onun barəsində istintaq tədbirləri davam edir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
XƏBƏR LENTİ
-
Qış gəlmədən ehtiyatınızı görün çağırışı edildi
-
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar təhlükəlidir? - (Video)
-
İki gəlin, iki bəy eyni məclisdə evləndi – (Video)
-
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
-
Rusiyada uşaqlara Burak adını verirlər
-
Əl ilə yazmaq yaddaşı gücləndirir
-
Toyuğun döşü, yoxsa budu daha faydalıdır?
-
Arıqlayaraq tanınmaz dərəcədə dəyişən məşhurlarımız – Kimə daha çox yaraşıb? - (Fotolar)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Bananı qətiyyən bunlarla birlikdə yeməyin
-
Suraxanıda çuxur böhranı: Sakinlər və sürücülər çıxılmaz vəziyyətdə - (Video)
-
“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar” - Şeron Stoun - (Foto)
-
Qarabağda sülh və suverenlik: Azərbaycan Ordusunun 2023-cü il antiterror əməliyyatı
-
Günün qoroskopu: Enerjinizlə bütün diqqəti üzərinizə çəkəcəksiniz
-
“NATO şişir və genişlənir” - Putindən xəbərdarlıq
-
Ermənistanda sabiq nazir məhkəmədən xərəkdə çıxarıldı - (Video)
-
İlham Əliyev Sərvər Bəşirli haqqında: Köhnə bir avtomobillə yorğan-döşək - əlində nə var idi onu gətirmişdi
-
Bakıda üç uşaq anası marketdə əri tərəfindən döyüldü - anbaan (Video) - Yenilənib
-
"2 gün ac qalırdım, amma heç kimə əyilmirdim" - Elgiz Əkbər
-
Azərbaycanda 160 manata torpaq sahəsi satılır
-
Bakıda səs-küy yayan daha bir restorandan şikayət - (Video)
-
Flora Kərimova: "Afət Fərmanqızı ilə barışmamışam"
-
Elvin uzun müddət sonra - (Video)
-
Alim Qasımov Üzeyirə : “Yazdığın mahnı çox xoşuma gəldi” - (Video)





