Ölkə

Xüsusi təyinatlılarımızın məşqindən görüntülər - VİDEO

20 Noyabr 2023 13:39
Baxış: 930
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Respublikasının Marmaris şəhərində "Doğu Akdeniz-2023" beynəlxalq təliminə hazırlıq məşqləri keçirilib.

Müdafiə Nazirliyindən Milli.Az-a bildirilib ki, təlimə cəlb edilən heyət zəbt olunmuş gəmiyə baxışın keçirilməsi, eləcə də, şərti düşmən arxasına helikopterdən enmə üzrə tapşırıqları praktiki yerinə yetiriblər.

Qeyd edək ki, qardaş ölkədə keçirilən "Doğu Akdeniz-2023" beynəlxalq təlimində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti iştirak edir.

Milli.Az 
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.