Ölkə

İşçini müqaviləsiz işlədən şirkət direktoru 20 min manat cərimələndi

13 Oktyabr 2023 16:32
Baxış: 862
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İşçinin əmək hüquqlarının pozulmasına görə daha bir hüquqi şəxs məsuliyyətə cəlb edilib.

Bu barədə Mingəçevir Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, əmək hüququnun pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı "TMS GROUP" MMC-nin direktoru Rəşad Namazovun əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən Elvin Hətəmovu işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməsi müəyyən edilib.

Fakt üzrə Mingəçevir şəhər prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Mingəçevir şəhər məhkəməsinin qərarı ilə hüquqi şəxs 20.000 manat məbləğində inzibati cərimə edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.