Ölkə

Qəbul imtahanlarında YENİLİK - VİDEO

4 Oktyabr 2023 19:22
Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gələn ilin qəbul imtahanları üçün işçi qrupu yaradıldı.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Dövlət İmtahan Mərkəzin şöbə müdiri Xanlar Xanlarzadə bildirdi ki,  buraxılış imtahanı proqramları, eyni zamanda ali təhsil müəssisələrinə qəbul imtahanında istifadə olunan fənnlər üzrə proqramlar təsdiq olunub.

Xanlar Xanlarzadə deyib ki, təxminən 25-30 nəfərdən ibarət fənlər üzrə işçi qrupu tərəfindən sınaq imtahanlarının sualları, qəbul və buraxılış imtahanı modelini, il boyu imtahanda istifadə olunacaq, həmçinin ötən il imtahanda istifadə olunmuş sualların təhlili aparılır.

Bildirildi ki, işçi qruplarının iyul ayına qədər hər fənn üzrə həftədə1 dəfə olmaqla iclasları keçiriləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.