Ölkə

Gömrükdə 5 kq-dan çox bəyan edilməyən zinət əşyaları aşkar edildi

30 Avqust 2023 18:51
Baxış: 895
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstan istiqamətindən ölkəmizə gələn yük nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Milli.Az xəbər verir ki, baxış zamanı yük nəqliyyat vasitəsinin qoşqusunda gömrük orqanlarına bəyan edilməyən 84 ədəd üzük, 29 ədəd kulon, 134 ədəd boyunbağı-kulon, 17 ədəd təsbeh, 59 ədəd qolbaq, 62 ədəd boyunbağı, ümumilikdə 5 200 qram gümüş zinət əşyaları aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.