Ölkə

Bu tələbələr təhsil haqqından azaddırlar - VİDEO

25 Avqust 2023 15:00
Baxış: 1 755
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali məktəblərə ödənişli əsaslarla qəbul olan bəzi şəxslər təhsil haqqını ödəməkdən azad ediləcəklər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Elm və Təhsil Nazirliyinin əməkdaşı Cabbar Hüseynli bildirib ki, mövcud qanunvericiliyə əsasən, tələbə adını qazanmış müxtəlif kateqoriyadan olan abituriyentlərin təhsil haqqları dövlət büdcəsi vəsaiti hesabına ödəniləcək.

Onun sözlərinə görə, bu il əsas yeniliklərdən biri də müharibə veteranları ilə bağlı olacaq.

Cabbar Hüseynli bildirib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar da bu imkandan istifadə edə bilərlər.

Qanunvericiliyə əsasən, ali məktəblərdə ödənişli əsaslarla təhsil alan, orqanizm funksiyalarının 61-80 və ya 81-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər də bu imtiyazdan yararlana bilərlər. Dövlət peşə təhsili müəssisələrinə münasibətdə isə 20 yaşına çatmamış və orqanizm funksiyalarının 81-100 faiz pozulmasına görə əilliyi müəyyən edilmiş valideyni olan və aylıq gəliri yaşayış minumumdan aşağı olan tələbələr təhsil haqqı ödəməkdən azad olunurlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.