Ölkə

Qeydiyyat nişanını bu formada gizlədən GÖRÜLMƏYİB... - VİDEO

23 Avqust 2023 00:31
Baxış: 1 759
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avtomobili qanunsuz ərazidə park edir, məsuliyyətdən yayınmaq üçün isə dövlət qeydiyyat nişanının üzərini bağlayır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, görüntülər Nəqliyyatın İntelektual İdarəetmə Mərkəzinin müşahidə kameraları vasitəsi ilə qeydə alınıb. Belə ki, şəhərin müxtəlif küçə və prospektlərində dayanma durma qaydalarını pozan sürücülərin əksəriyyəti, məsuliyyətdən yayınmaq  məqsədi ilə müxtəlif üsullara əl atırlar.

Qurumun ictimaiyyətlə əlaqələr sektorunun aparıcı mütəxəssisi Ömər Xıdırov bildirib ki, məsuliyyətdən yayınmaq üçün bu üsullara əl atan sürücülərə, dayanma durma qaydalarını pozmaları ilə yanaşı həm də, nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan istifadə edilməsinə görə cərimə tətbiq edilir.

Ömər Xıdırov qeyd edib ki, həmin sürücülər müşahidə kameraları vasitəsi ilə aşkarlandıqdan sonra, sürücünün inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə həmin əraziyə yol polisi əməkdaşları dəvət edilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.