Ölkə

Dənizdə qızları xilas edərkən həyatını itirən fədakar Raminlə bağlı YENİ FAKTLAR - VİDEO

10 Avqust 2023 10:56
Baxış: 4 182
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Lənkəranda, 2 qızı dənizdə boğulmaqdan xilas etmək üçün özünü təhlükəyə atan, lakin özü də canından olan Ramin Məmmədzadə, bu gün doğulduğu Lənkəran rayonunun Separadi kəndində torpağa tapşırılıb.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hər zaman nümunəvi addımları ilə seçilən Raminin ölümü də hər kəsə nümunə oldu. Dənizdə batan iki qızı xilas edərkən özü həyatını itirdi.

Yaxınları deyirlər ki, Ramin Məmmədzadə hər zaman onların qəlbində yaşayacaq. Həmişə bu fədakar addımı ilə xatırlanacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.