Ölkə

Bakı metrosunda həyəcanlı anlar - Qadının çantası eskalatora ilişdi, hərəkət dayandı

15 İyul 2023 09:39
Baxış: 1 468
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhər saatlarında Bakı metrosunun "İçəri Şəhər" stansiyasında insident baş verib. 

Bu barədə Day.az-a hadisə şahidləri məlumat verib. 

Şahidlərin sözlərinə görə, metronun eskalatoruna qadın sərnişinlərdən birinin çantasının dəmir bağı ilişib. 

Hadisə baş verən an ekskalatorun hərəkəti avtomatik dayanıb. Stansiya əməkdaşları eskalatorun hərəkətini bərpa etmək üçün işə başlayıblar. Məlumata görə, xəsarət alan yoxdur. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.