Ölkə

Tədbir görülməsə bu yolda ÖLÜM HALLARI ola bilər... - VİDEO

16 İyun 2023 23:15
Baxış: 1 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Respublikanın bəzi yolları var ki, orada hərəkət eləmək sürücülər üçün təhlükəlidir.

Milli.Az Xezerxeber.az-a istinadən xəbər verir ki, istənilən vaxt qaya parçaları yola düşüb hər hansı hadisəyə səbəb ola bilər.

Belə yollardan biri İsmayıllı -Lahıc yoludur. Bir -neçə gün əvvəl  yağışlar səbəbindən həmin yola qaya parçaları tökülərək hərəkəti  bağlamışdı.

Yaxınlıqda yaşayan vətəndaşlar deyir ki, buna qarşı tədbir görülməsə ölüm halları ola bilər. Hansı ki, bənzər hadisələr əvəllər də dəfələrlə yaşanıb.

Ötən gün axşam saatlarında isə Quba-Xınalıq avtomobil yolu bağlanıb. Avtomobil Yolları Dövlət Agentliyindən  bildirilib ki, güclü yağış nəticəsində yaranmış sel suları Quba-Xınalıq avtomobil yolunun bəzi hissələrini yararsız hala salıb, yol infrastrukturuna və qurğularına ciddi ziyan vurub.

Bundan başqa, sel suları özü ilə bərabər lil və qaya parçaları gətirərək yolda avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaradıb.

Bəs belə təhlükəlı  yollarda əlavə tədbirlər görmək mümkündürmü? Aidiyyəti qurumdan məsələyə münasibət bildirilib.

O da qeyd edilib ki, tədbirlər nəticəsində yolboyu təhlükəsiz və fasiləsiz hərəkət bərpa olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.