Ölkə

Daşınmaz əmlakların sığortalanması məcburidir?

24 May 2023 15:12
Baxış: 1 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən
#EV

Zamanında insanları çox sərt qaydalarla sığortaya öyrəşdirdilər deyə, sonra hər kəs sığortasının vaxtı bitəndə könüllü formada əmlaklarını sığortalatdırmağa başladılar.

Milli.Az xəbər verir ki, bu sözləri TurkicWorld-a açıqlamasında əmlak məsələləri üzrə Ekspert Elnur Fərzəliyev deyib.

O bildirib ki, bu gün hətta əmlakını sığorta etməyən şəxslər cərimə olunmamaq üçün öz avtomobillərini sığortalayırlar.

"Sirr deyil ki, ölkəmizdə hər gün çox sayda avtomobil qəzaları baş verir. Hansı avtomobilin sığortası varsa, dəymiş zərər sığorta şirkətləri tərəfindən qarşılanır. Yəni avtomobilini minimal bir məbləğlə sığortalayır və icbari sığorta ona 5000 manata qədər dəymiş ziyanı qarşılamış olur. Digər sığorta paketləri var ki, tam dəyəri ödəyə bilirlər. Əmlakların qiymətinə baxsaq ölkəmizdə daşınmaz əmlakların qiyməti həddindən artıq bahadır. Qiymətlər 40-50 mindən başlayaraq bir neçə milyona qədər dəyişə bilir. Hər hansısa bir əmlak ipoteka və yaxud digər kredit şərtləri ilə satılırsa, həmin əmlak avtomatik sığortalanmış olur. Çünki ona kredit ayıran bank öz pulunu sığortalamaq üçün həmin əmlakı mütləq şəkildə sığortalayır ki, hər hansı bir fövqəladə hal baş verərsə, dəymiş ziyanı sığorta şirkəti qarşılasın. Bu, çıxarışlı mənzillərə şamil olunur. Alqı - satqı zamanı o əmlakın sığortası yoxdursa, həmin əmlaklar natariusların içərisində yerləşən sığorta şirkətləri tərəfindən sığortalanır".

E.Fərzəliyev deyib ki, Türkiyə, İran və digər ölkələrdə baş verən zəlzələ zamanı əmlakların sığortası olursa, avtomatik olaraq dəymiş zərər sığorta şirkətləri tərəfindən qarşılanır.

"Bizdə isə sığortaya maraq o qədər də böyük olmadığına görə, hər hansısa təbii fəlakət baş verən zaman dəymiş zərər dövlət tərəfindən qarşılanır. Vətəndaşın uçmuş əmlakını tikib verirlər. Bəzi ərazilər var ki, o ərazilərdə su basma və digər hadisələr baş verib və həmin əmlaklar hələ də olduğu vəziyyətdə qalıb. Əgər bütün əmlaklar sığortalanarsa, hadisə baş verən zaman Bakı şəhəri üçün 50 AZN-dən 25 min AZN-ə qədər sığorta pul ödəyir".

Müsahibimiz bildirib ki, Bakı şəhərindəki əmlakların böyük bir hissəsi sırf kirayə verilmək üçün alınıb.

"Sığorta prosesi kirayə verilən mənzillərdə də aparılır. Misal üçün kirayədə yaşayan şəxs, su gəlmədiyi halda kranı açıq qoyur və su verilən zaman adam evdə olmadığı üçün qonşunun evi ziyan görmüş olur və ya hansısa qısaqapanma olur və yanğın hadisəsi baş verir deyə, nəticədə bir qonşu digərini verir məhkəməyə. Əgər mənzillər sığortalanarsa, belə hadisələr baş verməz. Amma əgər əmlakların qiyməti 10 min manatlarla ölçülürsə, ildə bir dəfə 50 manat ödəməklə hər hansı bir hadisəyə görə sığorta şirkəti 25 min manata qədər dəymiş zərəri qarşılamış olur. Təbii ki, daha baha qiymətə sığorta paketləri də var. Burada həm əmlakın ümumi dəyəri, həm də evin içindəki əşyalar sığortalanır. Bütün dünyada qəbul olunan tək anlayış var ki, bütün əmlaklar yəni vətəndaşın nəyi varsa, onu könüllü sürətdə sığortalıyır. İndiyə qədər sığorta məsələləri könüllü olurdu və heç bir məcburiyyət yox idi. Amma artıq reyestrdən keçməyən və sığortası olmayan əmlaklar cərimələnəcək. Bunun isə vətəndaşlarımıza çox böyük təsiri olacaq", - deyə ekspert qeyd edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.