Eks-nazirlər indi nə işlə məşğuldur? - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Məlum olduğu kimi, aprelin 14-də Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncamla Məcnun Məmmədov kənd təsərrüfatı naziri təyin edilib. O, 1991-ci ildən bəri bu vəzifəyə təyin olunan 8-ci kənd təsərrüfatı naziridir.
Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, "Bizim.Media" sabiq kənd təsərrüfatı nazirlərinin hazırda harada olduğu və nə işlə məşğul olmalarını araşdırıb.
Müzamil Abdullayev
1991-1992-ci illərdə kənd təsərrüfatı və ərzaq məhsulları naziri Müzamil Abdullayev olub. 1993-1994-cü illərdə o, yenidən həmin vəzifədə çalışıb. 1941-ci il təvəllüdlü M. Abdullayev Azərbaycan Kommunist Partiyasının üzvü olub. Sabiq nazir kənd təsərrüfatı elmləri doktoru, Göygöl rayonunda yerləşən "Göygöl Şərab-2" fabrikinin təsisçisi olub. Sabiq nazir ötən ilin iyun ayında vəfat edib.
.jpg)
Tofiq Hüseynli
1993-cü ilin mart-may aylarında Tofiq Hüseynli (Qara Tofiq) nazir vəzifəsində olub. 1952-ci ildə Tovuz rayonunda anadan olan Tofiq Hüseynov AXC hakimiyyətində kənd təsərrüfatı naziri olub. 1994-cu ildə isə qanunsuz silah gəzdirməkdə ittiham edilərək həbs olunub. Eks-nazir 2 il müddətinə azadlıqdan məhrum edilib. 1995-ci ildə azad edilib. Hazırda isə Qara Tofiq İsveçrədə yaşayır. Ailəlidir, 2 övladı var.
Rəhim Əşrəfov
Tofiq Hüseynovu nazir postunda Rəhim Əşrəfov əvəzləyib. O, 1993-cü ildən 1994-cü ilin fevral ayına qədər nazir səlahiyyətlərini icra edə bilib. Sabiq nazirin sonrakı fəaliyyəti ilə bağlı isə məlumat yoxdur.

İrşad Əliyev
İrşad Əliyev isə ardıcıl 3 dəfə 1994-1998, 1998-1999, 1999-2004-cü illərdə ümumilikdə 10 il nazir olub. O, 30 iyun 1944-cü il təvəllüdlüdür. 2005-2012-ci illərdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı, 2012-2014-cü illərdə isə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb. Hazırda təqaüddədir.

İsmət Abbasov
İrşad Əliyevdən sonra İsmət Abbasov 2004-2013-cü illərdə nazir olub. Ardınca 2013-2018-ci illərdə Azərbaycan Respublikası Baş Nazirinin müavini olub. Həmin ilin aprelindən rəsmən təqaüdə göndərilib. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. YAP-ın 2021-ci ilin martında keçirilən VII qurultayında İsmət Abasov Partiyanın rəhbər strukturlarından kənarda saxlanılıb.
Adı bir neçə dəfə qalmaqallı məqalələrlə gündəmə gəlib. Daha sonra eks-nazirin Böyük Britaniyada yaşayan oğlu, iş adamı Yunis Abbasovun Londonda bahalı mal-mülkə sahib olduğu iddia edilib. İsmət Abbasov hazırda Bakıda yaşayır, təqaüdçüdür. Tez-tez dəniz sahilində dincəldiyi bildirilir.
.jpg)
Heydər Əsədov
Heydər Əsədov isə 2013-2018-ci illərdə bu vəzifədə olub. 3 aprel 2019-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilib. Hazırda da həmin vəzifəni icra edir. 3 monoqrafiyanın və 30-dan çox elmi əsərin müəllifidir. Vaxtilə nazir postunu itirərkən onun ciddi depressiya keçirdiyi söylənilir.
.jpg)
İnam Kərimov
İnam Kərimov 2018-2023-cü illərdə kənd təsərrüfatı naziri postunda çalışıb. 4 aprel 2023-cü il tarixindən etibarən isə Ali Məhkəmənin sədridir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
XƏBƏR LENTİ
-
Şəhər mərkəzi dəyişir - Yeni model AÇIQLANDI
-
"Neftçi"nin Konfrans Liqasındakı rəqibləri kimlərdir?
-
Ayın 20-də yağış intensivləşəcək, dolu düşəcək - PROQNOZ
-
Gündə 20 dəqiqədən çox skuter sürmək TƏHLÜKƏLİDİR
-
"Eurovision"da səsvermə qalmaqalı: Televiziya rəhbəri istefa verdi
-
Aylığı 500 manat olan bağçada vəziyyət - "Uşağıma müəllimlər şiddət göstərib" - VİDEO
-
Kurtua klub sahibi oldu
-
"Ağıllı şəhərlər" - bəşərin gələcək komfortu, yoxsa yeni miqrasiya problemləri? - ARAŞDIRMA
-
"9 aylıq körpəmi İTİRDİM, getsinlər uşaqlarının qəbrinin yerini tanısınlar"
-
Prezident İlham Əliyev Belarus Milli Assambleyası Nümayəndələr Palatasının sədrini qəbul edib - FOTO
-
Ronaldonun Corcinası görünüşünü DƏYİŞDİRDİ - FOTOlar
-
Gələn həftə 5 gün EVDƏYİK
-
Tribunalardan birinə Qvardiolanın adı veriləcək
-
67 ölkə arasında Azərbaycan uğuru - Gənc proqramçılardan qürurverici nəticə
-
Qobustan qəsəbəsi ərazisində qəzalı körpünün söküntüsünə başlanılıb
-
Bakı-Tbilisi-Bakı qatarının gediş-gəliş qiyməti bu gün AÇIQLANACAQ
-
Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK
-
Beynəlxalq avtomobil daşımaları ilə bağlı YENİ QƏRAR
-
Bakının simasında qədimliklə müasirliyin harmoniyası aydın görünür - Kamaləddin Qafarov
-
Şəhər tale kimi: Azərbaycan daş yaddaşından gələcəyin memarlığına doğru
-
Ançelotti Neymarla bağlı qərarından danışdı
-
Əhaliyə PİS XƏBƏR: Bu peşələri süni intellekt əvəz edir - TAM SİYAHI
-
Qarabağ Universitetinin bu fakültəsi Şuşaya köçürülür
-
Rusiyada təyyarə qəzaya uğradı





