Ölkə

Hərbi həkimlərimiz zəlzələ bölgəsində 25 nəfəri əməliyyat etdilar - FOTO

11 Fevral 2023 16:04
Baxış: 1 288
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun hərbi tibb personalı Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Milli.Az xəbər verir ki, Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə koordinasiyalı şəkildə hərbi həkimlərimiz növbəti 8 cərrahi əməliyyatı uğurla icra edib, zərərçəkmiş 62 nəfərə ambulator yardım göstəriblər.

Ümumilikdə Azərbaycan Ordusunun təcrübəli tibb personalı tərəfindən 25 cərrahi əməliyyat icra olunub, baş vermiş zəlzələdən zərərçəkən 196 nəfəri isə müayinə edilərək onlara ambulator yardım göstərilib.

Zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi, onların tezliklə sağalaraq normal həyata qayıtması üçün hərbi tibb personalımız qardaş ölkədə yüksək peşəkarlıqla fəaliyyətini davam etdirir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.