İstirahət mərkəzlərində kamin təhlükəsi - Bədbəxt hadisələrdən necə sığortalanmalı?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dünən Qusar rayonunun Caqar kəndində "Park Qusar" istirahət mərkəzinin ərazisində kotecdə yanğın baş verməsi nəticəsində bir ailənin 3 üzvü və daha bir nəfər olmaqla 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
İlkin araşdırmalarla yanğının kotecdəki odun sobasının (kamin) nəzarətsiz qalması səbəbindən baş verdiyi ehtimal edilir.
Bəs insanlar necə etsinlər ki, bu təhlükə ilə üz-üzə qalmasınlar.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev bildirib ki, bütün növ istirahət, əyləncə mərkəzlərində təhlükəsizlik qaydaları kompleks şəkildə görülməlidir.
"Yanğın təhlükəsizliyinə də mütləq riayət edilməlidir. Və yanğın təhlükəsizliyinə nəzarət edən şəxs təyin olunmalıdır. Bu şəxs mütləq peşə təlimi keçmiş şəxs olmalıdır. İstirahət məkanının yanğından təhlükəsizlik planı hazırlanır və dövlətin aidiyyəti qurumu ilə razılaşdırıldıqdan sonra təsdiq olunur. İstirahət mərkəzlərində yerləşən koteclərdə yanğın təhlükəsizliyi norma və standartlara uyğun layihələndirilməlidir."
Ekspert bildirib ki, əsasən taxta koteclər meşəlik ərazilərdə yerləşir.
"Həmin ərazilərdə yerləşən koteclərin üzlüyü mütləq yanmayan materialla üzlənməli və ətrafında tez alışan materiallar, mayelər, avadanlıqlar olmalı deyil. Daha sonra isə kotecin içində soba və kamin varsa, onların yerləşdiyi yer təxminən 2 kvadratmetr sahədə yanmayan döşəmədən olmalı, divarı, tavanı yanmayan üzlüklə üzlənməlidir. Sobaların və kaminlərin istismarı mütləq qaydada təlimata uyğun formada həyata keçirilməlidir. Belə ki, soba və kaminlərin yerləşdiyi otaqlar tərk edilərsə belə mütləq nəzarətdə saxlanılmalı və yanan od söndürülməlidir."
E.Nurəliyev həmçinin bildirib ki, bəzən olur ki, otaq isti qalsın deyə soba və kamin söndürülmür.
"Bu da sonda bədbəxt hadisələrin baş verməsi ilə nəticələnir. İstirahət mərkəzlərində təhlükəsizliyə cavabdeh şəxs gələn qonaqları mütləq şəkildə təhlükəsizlik qaydaları ilə tanış etməlidir ki, belə hadisələr baş verməsin", - deyə ekspert qeyd edib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Avtoxuliqanlıq edən sürücü həbs edildi
-
Azərbaycanın nefti 127 dollara yüksəldi
-
Bu gün 124 mindən çox uşaq birinci sinfə gedir - Nazir
-
Serxio Ramos özünə yeni klub tapdı - İngiltərədə oynayacaq
-
Sentyabrın son günləri üçün 5 bürcə şad xəbər - Həyatları dəyişəcək
-
Xuraman Əlizadə canlı yayımda ağladı – (Video)
-
Qızıl və gümüş almaq istəyənlərin nəzərinə
-
Brent neftinin qiyməti 1,51% artdı
-
Dünya və Avropa çempionunun toyu oldu - (Video)
-
Qazın qiyməti ucuzlaşdı
-
Paytaxtın 14 küçəsində tıxac var
-
Bu gün Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Ronaldonun uğurunun sirri: Yüzdə 90-ımız bunu etmir
-
Temperatur kəskin şəkildə aşağı düşə bilər
-
Suraxanıda "Daş abidə"parkını söküblər? - (Video)
-
Payız gələn kimi niyə tez-tez xəstələnirsiniz? – 5 əsas səbəb
-
Krandakı ərpi necə təmizləmək olar?
-
Kayli Cenner malikanəsini 15 milyona satdı - (Foto)
-
Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?
-
Radiatoru tozdan təmizləməyin sadə yolu - Paket və fen
-
Ayşən Mehtiyeva atası və oğulları ilə fotolar paylaşdı
-
1200 yaşı olan qəbiristanlığı dağıtdılar - (Video)
-
Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır
-
Ayan Babakişiyeva qızı ilə obyektiv qarşısına keçdi - (Foto)





