12:40
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev tutduğu vəzifədən azad edilib.
Trend-in əldə etdiyi məlumata görə, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının rəhbərliyinin dəyişdirilməsi Dövlət Sərhəd Xidmətində (DSX) aparılan kadr islahatlarının bir hissəsidir. DSX rəhbərliyinin qərarına əsasən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının komandiri Niyaməddin Tağıyev tutduğu vəzifədən azad edilərək DSX-də baş idarə rəisi vəzifəsinə təyin olunub.
Naxçıvan Əlahiddə sərhəd diviziyasına isə polkovnik Bəhmən Babayev təyin edilib.
Qeyd edək ki, bundan əvvəl DSX akademiyasının rəhbərliyinin dəyişdirilməsi də qurumda aparılan kadr islahatlarının tərkib hissəsi idi.
----------
10:43
"Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının komandiri haqda xəbər yayılıb.
Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev tutduğu vəzifəsindən çıxarılıb.
N.Tağıyev paralel olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavinidir. Onun Bakıya çağırıldığı deyilir.
Başqa məlumata görə, Niyaməddin Tağıyevin yerinə artıq təyinat olub. Bakıdan göndərilən polkovnik Bəhmən Babayevin "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsinə təsdiqləndiyi bildirilir.
Milli.Az