Ölkə

Nazir Mehriban Vəliyevaya yeni müavin təyin etdi

23 Dekabr 2022 13:00
Baxış: 2 884
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) müdir müavini vəzifəsinə yeni təyinat həyata keçirilib.

Milli.Az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, Anar Məmmədov BŞTİ-nin müdir müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, A.Məmmədov 2010-2014-cü illər ərzində Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar liseyinin, 2014-2017-ci illərdə "İstək" liseylərinin direktoru vəzifəsində çalışıb. 2017-2022-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini olub.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevadır. O, 2020-ci ildən bu vəzifəni icra edir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.