Ölkə

Bakı-Quba yolunda dəhşətli qəza - ölənlərin kimliyi məlum oldu - YENİLƏNİB - VİDEO - FOTO

15 Dekabr 2022 11:41
Baxış: 6 212
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:41

Dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

1. 1976-ci il təvəllüdlü Məmmədov Kamran Məmmədşah oğlu

2. Astara rayon sakini, 1982-ci il təvəllüdlü Əhmədov Elməddin Osman oğlu

3. Yasamal rayon sakini 1980-ci il təvəllüdlü Musayev Vüqar Tərxan oğlu

4. Qaradağ rayon sakini, 1979-cu il təvəllüdlü Balakişiyev Akif Yusif oğlu

5. Yardımlı rayon sakini 1977-ci il təvəllüdlü Qubadbəyli Nəsimi Əlimuxtar oğlu (sürücü)

6. 1992-ci il təvəllüdlü Emin Ramiz oğlu Quliyev.

"DAF" markalı avtomobilin sürücüsü Qubanın Dağlı kənd sakini, 1992-ci il təvəllüdlü Elçin Atayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdirilib.

--------
10:45

Bakı-Quba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, hadisə Bakı-Quba yolunun 98-ci km-də, Siyəzən rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "Mersedes Vito" markalı mikroavtobusla TIR toqquşub. İlkin məlumata görə yol-nəqliyyat hadisəsində 6 nəfərin öldüyü bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, xilasetmə tədbirləri görülür.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.